Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.
"Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır”, - məlumatda qeyd edilib.