Bakıda evi valideynlərdən xəbərsiz tərk etmiş 7 yaşlı uşaq polis tərəfindən tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Facebook" sosial şəbəkə hesabında məlumat verib.
Məlumatda deyilir: "Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Yusif Nurxan oğlu Abbasov dediyinə görə, Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir".