“Bakıda itlərin öldürülməsinin “Formula 1”lə bağlılığı yoxdur”

“Bakıda itlərin öldürülməsinin “Formula 1”lə bağlılığı yoxdur”
SOSİAL
14:59 15.04.2019
3618
"Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur".

AZXEBER.COM xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sosial şəbəkədə yazaraq bildirib. O bildirib ki, son zamanlar Bakıda sahibsiz heyvanlara, xüsusilə də küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq haqda sosial mediada yayılmış xəbərlər diqqətdən yayınmayıb:

"Bizim bu halların baş verib verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik! Tam əminliklə bildirirəm ki, bu halların Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur".
 

OXŞAR XƏBƏRLƏR