Bakıda jurnalisti piyada keçidinin üstündə avtomobil vurdu

Bakıda jurnalisti piyada keçidinin üstündə avtomobil vurdu
SOSİAL
13:05 23.11.2024
151
Azərbaycanlı jurnalist Elçin Cəfərovu avtomobil vurub.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə idman şərhçisi Pərviz Musayev sosial şəbəkə hesabında yazıb. Bədbəxt hadisə paytaxtın piyada keçidlərindən birində yaşanıb.

Belə ki, ötən gün axşam verilişdən çıxıb evə gedərkən jurnalisti naməlum sürücü işıqforun qırmızı işığında, piyada keçidinin üstündə vurub.

O təcili olaraq xəstəxanaya yerləşdirlib.

Elçin Cəfərov hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alsa da hazırda onun həyati təhlükəsi yoxdur.

 

OXŞAR XƏBƏRLƏR