Bakıda jurnalistin evini yardılar

SOSİAL
10:21 18.05.2016
1479
8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadı ev qarət olunub.
Bu barədə APA-ya jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, mayın 17-də jurnalistin kirayədə yaşadığı, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə baş verən vaxt evdə heç kim olmayıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR