Bakıda kafedə baş verən yanğın məktəb binasına ziyan vurub

Bakıda kafedə baş verən yanğın məktəb binasına ziyan vurub
HADİSƏ
12:53 13.10.2024
689
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yüksək temperaturdan bitişik məktəb binasının akt zalının 1 ədəd pəncərəsi əriyib.

Kafenin qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR