Bakıda karqo şirkətinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, araşdırma aparılır

Bakıda karqo şirkətinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, araşdırma aparılır
HADİSƏ
20:02 21.03.2025
195
Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – mətbuat xidməti açıqlayıb.

Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır: "Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub
OXŞAR XƏBƏRLƏR