Bakıda keçiriləcək Avropa Oyunlarına 1,3 milyard manat ayrıldı

İDMAN
14:50 14.10.2014
1124

Büdcə xərcləri açıqlanıb.

Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində Bakıda tarixdə ilk Avropa Oyunlarının keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb.Bu məqsədlə 2015-ci ildə dövlət büdcəsindən 1,3 milyard manat vəsait ayrılacaq, Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunmuş 2015-ci ilin dövlət büdcəsi layihəsində deyilir.

Məlumata görə, bu vəsait paytaxtda Avropa Oyunlarının keçirilməsi, idman infrastrukturunun yaradılması, hazırlıq və təşkilati işlərlə bağlı xərclənəcək.

Ümumiyyətlə, gələn ilin dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üçün 6 milyard 930 milyon manat nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.

Gələn ilin büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR