Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır

Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
SOSİAL
16:17 17.03.2025
180
Bakı şəhərində yeni park salınır.

Park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş "Şuşa” restoranı və keçmiş "Şəhriyar” parkının olduğu ərazidə salınır.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.

Qeyd edək ki, ümumilikdə yeni parkın salınmasının iyul ayının sonlarında başa çatacağı nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR