Bakıda keyfiyyətsiz sərinləşdirici içkilər hansılardır?

İQTİSADİYYAT
17:07 16.08.2012
2366

Bakıda keyfiyyətsiz sərinləşdirici içkilər hazırlandığı aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən küçəsi, 276-cı məhəllədə "Budad Food Company" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazsız suların etiketində suyun mənbəyi və hazırlanması barədə məlumatların, kvas içkisinin etiketində isə içkinin tipi barədə məlumatın göstərilmədiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən kvas içkisinin tərkibində turşuluğun və mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, qazlı suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, qazsız sularda isə mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının və bağırsaq çöpləri qrupundan olan bakteriyalardan koli-indeksin normadan çox olduğu aşkarlanıb.

Bununla əlaqədar, kvas içkisinin, qazsız və qazlı suların istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə istifadə üçün yarasız olan 11559,4 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Budad Food Company" MMC-yə icrası məcburi göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb