Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
SOSİAL
23:42 16.09.2026
1991
Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur.

Bəs bir ailənin ayın sonunu borcsuz başa vurması üçün ümumilikdə nə qədər maaşa ehtiyacı var? Bakıda kirayədə yaşayan 4 nəfərlik ailənin minimum aylıq gəliri nə qədər olmalıdır?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah”a danışan iqtisadçı ekspert Xalid Kərimli Bakıda kirayə qiymətlərinin yaxın dövrdə ucuzlaşmasının real görünmədiyini bildirib:

"Bakıda kirayə haqları daha da bahalaşacaq. Bu, demək olar ki, qaçılmazdır. Çünki ölkədə iş imkanlarının daha çox olduğu, infrastrukturun, təhsil müəssisələrinin, dövlət idarələrinin və biznesin daha çox inkişaf etdiyi əsas şəhər Bakıdadır. Ona görə də Bakıda kirayə qiymətlərinin ucuzlaşacağını və ya əmlak bazarında ciddi eniş olacağını düşünmək düzgün deyil.

Bu, yalnız müəyyən hallarda baş verə bilər. Birincisi, iqtisadiyyatda ciddi təlatüm, geriləmə və durğunluq yaranmalıdır. İkincisi, neftin qiyməti kəskin şəkildə aşağı düşməli və iqtisadi vəziyyət pisləşməlidir. Manatla qiymətlərin düşməsi üçün isə iqtisadiyyatda ciddi problem yaranmalı, məsələn, 10-15 faiz civarında geriləmə baş verməlidir. Belə vəziyyətdə insanlar gəlir əldə edə və xərcləyə bilmədikləri üçün qiymətlər kəskin şəkildə aşağı düşə bilər”.

Ekspertin sözlərinə görə, 2026-cı ildə 4 nəfərlik ailə üçün yaşayış minimumu 1200 manatdır, amma bu məbləğə kirayə xərci daxil deyil:

"Dollar ifadəsində qiymətlərin azalması isə manatın devalvasiyasından sonra baş verə bilər. Məsələn, mənzilin qiyməti manatla 200 min olaraq qala bilər, amma devalvasiyadan sonra onun dollar ifadəsindəki dəyəri 200 min deyil, 120 min və ya 80 min dollara düşə bilər.

Yaşayış minimumuna gəlincə, hökumətin hesablamalarına görə, 2026-cı ildə bir nəfər üçün yaşayış minimumu 300 manat təşkil edir. Gələn il bunun artırılaraq təxminən 315 manat səviyyəsinə çatdırılması gözlənilir. Dörd nəfərlik ailə üçün isə 2026-cı ildə yaşayış minimumu 1200 manatdır. Lakin bu məbləğin hesablanmasına kirayə xərci daxil deyil. Yəni hesablamada ailənin öz evində yaşadığı nəzərə alınır.

Halbuki Azərbaycanda bir çox insan iş imkanlarına görə Bakıya gəlir və burada kirayə ev tutmağa məcbur olur. İnsan Bakıya iş tapmaq üçün gəlir və kirayə xərci yüksək olsa belə, burada yaşamağın vacib olduğunu düşünür. Çünki ölkənin digər bölgələrində yaxşı iş və yüksək əməkhaqqı imkanları məhduddur”.



X.Kərimliyə görə, yeni tikililərin azlığı və torpaq sahələrinin bahalaşması qiymətləri get-gedə artırır:

"Burada əsas problem qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsidir. Buna görə də Bakıda mənzil və kirayə qiymətlərinin artması davam edə bilər. Mən hesab edirəm ki, kirayə qiymətləri hələ də artacaq. Əsas səbəblərdən biri yeni binaların tikintisinin tələbatı tam qarşılamamasıdır. Qiymətlər adətən bazarda təklif çox olanda aşağı düşür. Amma Bakının mərkəzində yeni yaşayış binalarının tikintisi üçün boş torpaq sahələri demək olar ki, qalmayıb. Mövcud torpaq sahələri də kifayət qədər bahalaşıb.

Bundan başqa, tikinti standartları əvvəlki illərlə müqayisədə daha ciddi tətbiq olunur. Əvvəllər binalar bir-birinə çox yaxın tikilirdisə, indi onların arasında məsafə, məktəb və digər sosial obyektlərin təmin olunması ilə bağlı tələblər var. Tikinti materiallarının və daşınma xərclərinin bahalaşması da mənzil qiymətlərinə təsir edir.

Ona görə də Bakıda yeni tikilən mənzillərin maya dəyərinin aşağı düşməsi real görünmür. Müəyyən dövrdə qiymətlərin artmaması mümkündür, amma ciddi ucuzlaşma gözləmək çətindir”.

O, qeyd edib ki, mənzil qiymətləri hər il 10-12 faiz artır və bu il artım zəifləsə də, ucuzlaşma gözlənilmir:

"Bəzən fərdi satıcılar mənzilin qiymətini real bazar dəyərindən xeyli yüksək müəyyənləşdirirlər. Məsələn, 100 min manatlıq mənzilə 300 min manat qiymət qoyurlar, sonra həmin qiymətə alıcı tapılmadıqda yenidən 100 min manata endirirlər. Bu, əslində, bazarda qiymətin düşməsi deyil, sadəcə fərdi satıcının əvvəlcə real olmayan qiymət müəyyənləşdirməsidir. Ümumilikdə isə görürük ki, orta mənzil qiymətləri hər il təxminən 10-12 faiz bahalaşır. Bu il artım tempi bir qədər aşağı ola bilər, amma qiymətlərin ümumi olaraq düşməsindən söhbət getmir.

Mənim fikrimcə, Bakıda orta səviyyədə yaşamaq və kirayə mənzil tutmaq üçün insanların gəlirləri ilə mövcud xərclər arasında ciddi fərq var. Bu baxımdan, həm insanların real gəlirləri, həm də dövlətin müəyyən etdiyi yaşayış minimumu nəzərə alınmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb