Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərləndi

Bakıda kirayə qalan iki nəfər dəm qazından zəhərləndi
SOSİAL
09:57 29.01.2026
238
Bakıda iki nəfər dəm qazından zəhərlənib.

AZXEBER.COM xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərlənib.

Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR