BAKU AZƏRBAYCAN
8°C
euro 1.8473
dollar 1.7000
rubl 0.0225
lirə 0.2509

Bakıda kişi arvadını burnundan bıçaqladı

Bakıda kişi arvadını burnundan bıçaqladı
SOSİAL
09:53 13.02.2020
3683
Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

Report-un xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayonu, "Azadlıq” prospekti ərazsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov "Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, iki ədəd metadon və bir ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR