Bakıda kişi futbol oynayarkən öldü

İDMAN
22:17 01.10.2022
1008
Bakıda futbol oyunu zamanı ölüm hadisəsi baş verib.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən "Sərhədçi” İdman Kompleksində olub.

Orada futbol oynayan paytaxt sakini, 34 yaşlı Nurlan Bağıyev qəfil ölüb. Onun ürəktutmasından öldüyü bildirilir.

Faktla Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR