Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu

Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
SOSİAL
11:16 05.08.2025
250
Bakıda qətl hadisəsi törədilib.

AZXEBER.COM  xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 4-ü saat 19 radələrində Türkan qəsəbəsində yerləşən evdə 1979-cu il təvəllüdlü Natiq Quliyev bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən N. Quliyevin həyat yoldaşı 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva tutulub.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR