Bakıda kişi qan içində küçədə tapıldı

Bakıda kişi qan içində küçədə tapıldı
KRİMİNAL
12:00 08.10.2013
2421

Araşdırmalar zamanı onun öz-özünü bıçaqladığı məlum olub

Bu gecə saat 01:44 radələrində Bakının Nizami rayonu, Musayev küçəsində 59 yaşlı Camil Xudayev bir neçə yerdən bıçaqlanmış halda küçədə qan içində tapılıb. 

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya yerləşdirlib. Araşdırmalar zamanı onun öz-özünü bıçaqladığı məlum olub. Həkimlərin səyi nəticəsində C.Xudayev ölümdən xilas olunsa da, hazırda onun vəziyyəti ağırdı. Onun nə səbəbdən intihar etmək istəməsi aparılacaq araşdırmalar zamanı məlum olacaq.(anspress)

OXŞAR XƏBƏRLƏR