Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə şəraiti araşdırılır.











































