MOSSAD İsraildə seçkilərə mümkün xarici müdaxilə ilə bağlı araşdırmaya qoşulub

MOSSAD İsraildə seçkilərə mümkün xarici müdaxilə ilə bağlı araşdırmaya qoşulub
DÜNYA
20:33 30.10.2026
140
İsrailin MOSSAD kəşfiyyat xidməti çərşənbə axşamı keçirilmiş parlament seçkilərinə ehtimal edilən xarici müdaxilənin araşdırılmasına qoşulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, MOSSAD İsrailin Ümumi Təhlükəsizlik Xidməti ilə birgə işləyir. Qətər və digər ölkələrin mümkün müdaxiləsi yoxlanılır.

Şübhələr ərəb seçicilərin seçki məntəqələrində iştirakını artırmaq məqsədilə onlara edildiyi ehtimal olunan ödənişlərlə bağlıdır.

Mərkəzi Seçki Komissiyası dəfələrlə vurğulayıb ki, araşdırma məhdud xarakter daşıyır və seçkilərin nəticələri şübhə altına alınmır.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahunun "Likud" partiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərində birinci yeri tutub, lakin siyasi bloklardan heç biri hökuməti formalaşdırmaq üçün lazım olan çoxluğu əldə etməyib.
OXŞAR XƏBƏRLƏR