Bakıda klinikaya basqın etdilər

SOSİAL
13:42 18.08.2016
1966
Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.
AZXEBER.COM  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.
Binəqədi rayon Polis İdarəsi (RPİ) 6-cı Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunan Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR