​Bakıda kommendantın otağından 11 min manat oğurlandı

SOSİAL
17:01 28.04.2016
1742
Bakının Yasamal rayonunda binanın kommendantının pulu oğurlanıb.
Hadisə H.B.Zərdabi küçəsi, ev 74A-nın həyətində baş verib.
Belə ki, binanın kommendantı Bakı şəhər sakini 58 yaşlı Fuad Dadaşovun xidməti otağından açarseçmə yolu ilə içərisində 10 800 manat olan seyf oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
/// report

OXŞAR XƏBƏRLƏR