Bakıda küçədən bir aylıq körpə tapıldı

Bakıda küçədən bir aylıq körpə tapıldı
SOSİAL
12:04 19.12.2016
2879

Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.

Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb.

Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.


///report
OXŞAR XƏBƏRLƏR