Bakıda kürəkən qayınata və qayınanasını bıçaqladı

KRİMİNAL
11:13 17.04.2015
2178

Bu gecə Bakının Sabunçu rayonunda ağır cinayət hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Yusif Cəfərov və həyat yoldaşı Ofelya İlyasova bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Ər və arvad əməliyyat olunub.

Qonşular bildiriblər ki, Yusif Cəfərov və həyat yoldaşı Ofelya İlyasovanı kürəkənləri bıçaqlayıb. Məlumata görə, günorta saatlarında onlara gələn kürəkən qayınata və qayınanası ilə mübahisə edib.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən kürəkəni saxlamaq hələlik mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR