Bakıda kütləvi dava zamanıorta yaşlı kişinin boğazı kəsildi

Bakıda kütləvi dava zamanıorta yaşlı kişinin boğazı kəsildi
SOSİAL
09:53 03.02.2018
5289
Bakının Sabunçu rayonunda, küçədə 3 nəfər arasında dava baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qurbanov Çingiz Yusif oğlu tanışları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ç.Qurbanov boğazından bıçaq xəsarəti alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları istintaq yolu ilə araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR