Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video

Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
SOSİAL
00:10 25.09.2026
71
Meşədən qadın meyiti tapılıb...1976-cı il təvəllüdlü qadının öldürüldüyü məlum olub...

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 27 yaşlı, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu Səadət Həsənovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Daha sonra Kamran Seyidov qadının meyitini idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb. Kamran Seyidov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

OXŞAR XƏBƏRLƏR