Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.
AZXEBER.COM-un "Bakupost”a istinadən məlumatına görə, şəkəri qalxdığı üçün dünyasını dəyişən 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.
Mərhumun ailəsi polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.