Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı məlumat verilib.
Liseyin direktoru Nasim Abışov isə "Report”a açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib:
"Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.