Bakıda mağazada qeyri-adi hadisə kameraya düşdü - VİDEO

Bakıda mağazada qeyri-adi hadisə kameraya düşdü - VİDEO
SOSİAL
18:40 27.09.2016
1949

Bakıda mağazada maraqlı hadisə kameraya düşüb.

Hadisə sentyabrın 25-də "Neftçilər” metrostansiyasının yaxınlığındakı geyim mağazalarından birində baş verib.

Belə ki, geyim mağazasından alış-veriş etmək istəyən şəxs pulqabısını əlindən düşürüb. Həmin zaman ərazidə olan qadın onun pulqabısını götürərək, heç nə olmamış kimi mağazadan uzaqlaşıb. Görüntülərə baxan şəxsləri qadının hərəkətləri mat qoyub.

Pul kisəsini itirən şəxs kömək istəyərək bildirib ki, pulqabının içində 350 AZN pul və bəzi kartlar olub.

Hadisə ilə bağlı Nizami rayon 24-cü polis bölməsinə müraciət olunub. (oxu.az)

 

OXŞAR XƏBƏRLƏR