Bakıda mağazadakı bu oğlanın hərəkəti hamını şoka saldı - VİDEO

Bakıda mağazadakı bu oğlanın hərəkəti hamını şoka saldı - VİDEO
SOSİAL
00:42 19.09.2016
8080

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

AZXEBER.COM-a göndərilən videoda mağazaya daxil olan müştəri qeyri-adi oğurluğa imza atıb. Belə ki, o ayaqqabı dükanına daxil olduqdan sonra bir xeyli gəzişib. Daha sonra bəyəndiyi ayaqqabının öz ayağına olan ölçüsünü geyinib ayağında necə durduğuna diqqət edib. Bir müddət mağazada gəzişən oğru daha sonra köhnə ayaqqabılarını mağazada buraxaraq ayağındakı yeni ayaqqabılarla dükanı tərk edib.

Sözügedən hadisə mağazanın müşahidə kamerasına anbaan düşüb.

Oğurluq hadisəsindən sonra mağaza sahibi hüquq mühafizə orqanlarına müraciət edib. Faktla bağlı hazırda araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR