"Bu cür kameraların qadın mağazalarının geyinib-soyunma otağındaolmasını istisna edilmir"
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov ötən gün sosial şəbəkələrdə Bakıda mağazaların bir çoxunun geyinib-soyunma otaqlarında qadınları izləmək üçün quraşdırıldığı iddia edilən lampa – kameralarla bağlı danışarkən söyləyib.
Ekspertin fikrincə, Azərbaycanda istehlakçı hüquqları qanunla demək olar ki çox cuzi şəkildə qorunur və bundan istifadə edən sahibkarlar istədikləri formada istehlakçıları aldada bilirlər:
"Konkret olaraq bu video-müraciətdə iddia olunan məsələnin mövcudluğunu istisna etmirəm. Düzdür hələlik bu qurğularla yaxından tanış olmamışıq və onun hansı formada işlək vəziyyətdə olmasını deyə bilmərəm. Ancaq sözügedən videonun yayımlanmasından sonra "Azad İstehlakçılar Birliyi”nə istehlakçılar tərəfindən şüphələndikləri müxtəlif satış dükanlarının adları verilib. Biz də öz növbəmizdə bu məsələ ilə bağlı öz monitorinqlərimizi keçirəcəyik. Mən şəxsən öz adımdan bu sahədə illərdir çalışan bir ekspert kimi bu iddianın doğruluğuna şüphə etmirəm. Hazırda ölkəyə müxtəlif növ kameralar gətirilir ki, onların girişi qanunla tamamilə qadağandır”.
Ekspertin sözlərinə görə hüquq-mühafizə orqanları mövcud məsələ ilə bağlı araşdırma aparmalı və nəticəsini ictimaiyyətə bildirməlidir.
Qeyd edək ki, ötən gün Azərbaycanlı bir gənc redaksiyamıza göndərdiyi videoda mağazalarda qadınları izləyən lampalardan bəhs edib. Səs yazısını videogörüntü üzərində səsləndirən gənc qadınlara səslənərək onları geyim mağazalarında diqqətli olmağa çağırıb. Belə ki, lampa şəklində olan kameraların yan tərəfində yaddaş kartın olduğunu və yaddaşa köçürülən görüntülərin sonradan izlənildiyini diqqətə çatdırıb.
Gənc iddia edib ki, həmin lampa formasındakı kameralarla qadınlar paltarlarını dəyişərkən qeydiyyata alınır və sonradan həmin kadrlar mağaza sahibləri və əməkdaşları tərəfindən izlənilir.
Sözügedən videogörüntünü təqdim edirik: