Azərbaycandakı "Uber" taksi şirkətinin başına erməni keçir - Pullarımızla Erməni diasporuna dəstək olan kimdir?

Azərbaycandakı "Uber" taksi şirkətinin başına erməni keçir - Pullarımızla Erməni diasporuna dəstək olan kimdir?
SOSİAL
12:57 14.07.2017
9130
 "Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.

Sazişin şərtlərinə görə, "Uber" və "Yandeks" yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi "Yandeks"ə, 36,6 faizi "Uber" şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq. 

Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.

Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm "Yandeks. Taksi", həm də "Uber" yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.

Qeyd edək ki, Azərbaycanda da fəaliyyət göstərəcək şirkətə "Yandeks. Taksi" şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. T.Xudaverdyan Erməni diasporuna ən çox maliyyə yardımı edən iş adamlarından biri hesab edilir. 


 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR