Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi

Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi
KRİMİNAL
11:18 02.05.2025
220
Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib.

İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
OXŞAR XƏBƏRLƏR