AZXEBER.COM-un əldə etdiyi məlumata görə atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
12:53
Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketlərdən birində silahlı qarşıdruma ilə bağlı məlumat yaydı.
DİN-dən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Əlavə məlumat veriləcəkdir.
12:49
Bakıda marketlərin birində silahlı atışma olub.
AZXEBER.COM xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, hücum inkasator maşınına edilib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.