Bakıda marşrut avtobusu azyaşlını vuraraq öldürdü - VİDEO

Bakıda marşrut avtobusu azyaşlını vuraraq öldürdü - VİDEO
SOSİAL
17:22 10.01.2023
247
Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən "Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.

Marşrut avtobusunun azyaşlını vurması anının görüntülərini təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR