Bakıda avtomobildən 31.500 manat oğurlanıb.
Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində "Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.