Bakıda maşının vurduğu qadın xəstəxanada öldü

Bakıda maşının vurduğu qadın xəstəxanada öldü
SOSİAL
21:28 10.04.2019
3892
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonunda olub.

Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Əsədullayev Xəqani Vidadi oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yolu keçən piyada qadını vurub.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR