Bakıda maskalı şəxslər iş adamının evini yardı

Bakıda maskalı şəxslər iş adamının evini yardı
Bütün Xəbərlər
14:06 11.01.2013
1350
Bu gecə saat 04:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində şəxsi mənzillərdən birinə basqın olub. Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsi, Nizami küçəsi 21, döngə 6 ünvanında yerləşən Akif Daşdəmir oğlu Həmzəyevə məxsus evdə baş verib.Belə ki, 3 nəfər maskalı şəxs evə daxil olaraq, A.Həmzəyevə çoxsaylı bıçaq zərbələri endiriblər. Daha sonra həyətdəki ona məxsus “VAZ 2121” markalı, 90 EX 027 dövlət nömrə nişanlı avtomobili qarət ediblər. Zərərçəkmiş Akif Həmzəyevin iş adamı olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR