Bakıda məktəb direktoru işçilərinə avtomobil yudurtdu - FOTOLAR

Bakıda məktəb direktoru işçilərinə avtomobil yudurtdu - FOTOLAR
SOSİAL
21:47 26.06.2025
1562
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən avtomobillər - 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.

Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla "hazırda yoxdur, sonra qaytaracağam" cavabını verdiyi deyilir.

Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur" kimi ifadələr işlətdiyi iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.

Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:

"Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
08:23 30.10.2026
Bu ölkənin 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 30.10.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İki helikopter toqquşub, ölənlər var
08:12 30.10.2026
İki helikopter toqquşub, ölənlər var
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar