Əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar kartdan-karta köçürmə əməliyyatlarına limitlər tətbiq ediblər.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.
Taleh Kazımov deyib ki, əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər.
O, limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. Sədr müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.
Mərkəzi Bankın sədri istehlak kreditlərindən də danışıb. O bildirib ki, istehlak kreditlərinin artımında risk müşahidə edilmir.
Həmçinin bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard dollara çatıb.











































