Bakıda məktəb yanır - Şagirdlər təxliyyə olundu

Bakıda məktəb yanır - Şagirdlər təxliyyə olundu
SOSİAL
14:16 10.05.2018
2710
Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hadisənin doğruluğunu Bakı Şəhər Təhsil İdarəsindən də təsdiqlədilər.
OXŞAR XƏBƏRLƏR