Bakının Xətai rayonunda 59 saylı orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bunlar, istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) 4 ədəd 100 mm-lik top mərmisi (2 ədəd gilizli, 2 ədəd gilizsiz), 2 ədəd tank əleyhinə TM-62 markalı mina və 2 ədəd MVC-62 markalı mina partladıcısıdır.