Bakıda məktəbdə himni oxuyan şagird huşunu itirdi, yerə yıxıldı - VİDEO+AÇIQLAMA

SOSİAL
16:47 16.09.2020
2972

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.

Bununla bağlı Nazirlik Oxu.Az-ın sorğusunu cavablandırıb:

"Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”.

10:22

Dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman bir nəfər huşunu itirib və pilləkənlərdən yıxılıb.

Bu barədə YPX.az-ın qaynar xəttinə videogörüntü göndərilib.

Bildirilib ki, hadisənin harada qeydə alındığı məlum deyil.


OXŞAR XƏBƏRLƏR

X Mostbet