Məşhur aktrisa Ərdoğana müraciət etdi: "Gecələr yata bilmirəm" - VİDEO

Məşhur aktrisa Ərdoğana müraciət etdi: "Gecələr yata bilmirəm" - VİDEO
SOSİAL
00:46 07.08.2026
202
Türkiyəli gənc aktrisa Kübra Süzgün təhdidlər səbəbindən aktrisalıq fəaliyyətinə ara verdiyini açıqlayıb.

O, bu barədə sosial media hesabında paylaşım edib.

Uşaq yaşlarından seriallarda rol alan aktrisa bildirib ki, cinayətkar dəstənin təzyiqləri səbəbindən çəkilişlərə qayıda, gecələr isə qorxudan yata bilmir.

Kübra Süzgün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ona kömək göstərilməsini xahiş edib.

"Xahiş edirəm, mənə kömək edin. Gecələr yata bilmirəm, təhdidlər alıram. Sizdən bir aktrisa yox, bir uşaq kimi kömək istəyirəm", - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR