Bakıda məktəbdə ilan görüldü, dərslərdə fasilə yarandı - VİDEO

Bakıda məktəbdə ilan görüldü, dərslərdə fasilə yarandı  - VİDEO
SOSİAL
00:38 02.05.2026
656
Məktəbin həyətində artıq üçüncü dəfə ilan görünüb...

Görüntülər paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 nömrəli tam orta məktəbdəndir.
 
Övladı həmin məktəbdə təhsil alan valideyn "Xəzər Xəbər”ə bildirib ki, məktəbin həyətində artıq üçüncü dəfə ilan aşkarlanıb. Biz də yolumuzu 328 saylı məktəbdən salıb, vəziyyətlə maraqlandıq. Valideynlər hadisədən sonra məktəbdə 1 gün dərslərə fasilə verildiyini dedilər.

Şagirdlərlə idman dərsi zamanı məktəbin meydançasında görüşdük. Onlar yayılan videonu sosial şəbəkələrdə izlədiklərini dedilər.

 328 saylı məktəbin fiziki tərbiyə müəllimi Aynur Əbiyeva məsələdən xəbərdar olduqlarını dedi.

 Məktəbdən sorğumuza cavab olaraq bildiridi ki, 328 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində müşahidə olunan ilanlarla əlaqədar aidiyyəti ixtisaslaşmış quruma müraciət olunub. Müvafiq qurum tərəfindən ərazidə profilaktiki tədbirlər aparılıb.

OXŞAR XƏBƏRLƏR