Bakıda məktəbdə yanğın oldu: Şagirdlər belə qaçdı - ANBAAN VİDEO

Bakıda məktəbdə yanğın oldu: Şagirdlər belə qaçdı - ANBAAN VİDEO
SOSİAL
14:21 07.01.2022
496

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

FHN məktəbdəki yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.


OXŞAR XƏBƏRLƏR