Bakıda yeniyetmə qız qazdan boğulub.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
14 yaşlı Z.Mehdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Mərhumun orta məktəbdə təhsil aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.