Bakıda məktəbli qız intihar edib.
Noyabrın 20-də saat 15:30 radələrində Nərimanov rayonu Ağa Neymətulla küçəsi 72 ünvanında yaşayan 14 yaşlı Sara Sadıqlı özünü yaşadığı evin yerləşdiyi 10-cu mərtəbədən ataraq intihar edib. Yeniyetmə qız mənzilin pəncərəsinə çıxaraq özünü atıb və hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Report intihar edən qızın 9-cu sinif şagirdi olması barədə xəbər yayıb.