Bakıda 'Mən fəxr edirəm ki, Azərbaycanlıyam' layihəsi ilə əlaqədar tədbir keçirilib

GƏNCLİK
20:00 27.11.2013
1523

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən həyata keçirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihə ilə əlaqədar tədbir keçirilib.

AZXEBER.COM-un məluamtına görə, prezident yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, deputat Musa Qasımov, Azərbaycan Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, “Türkiyə Məzunları İctimai Birliyi”nin sədri Çingiz Bayramov, YAP Binəqədi Rayon Təşkilatının fəalları və rayon gəncləri iştirak ediblər.

V.İsmayılov tədbirin Binəqədi rayonunda keçirilməsini əlamətdar hal kimi qiymətləndirərək deyib ki, Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin hər zaman xüsusi ilə diqqət və qayğı göstərdiyi məsələlərdən biri də uşaqlarımız və gənclərimizin Azərbaycançılıq ruhunda tərbiyə olunması idi. Bu layihənin keçirilməsi bü gün cəmiyyətimiz və xüsusilə də gənclərimiz üçün böyük önəm daşıyır.

Sonra çıxış edənlər belə layihələrin keçirilməsinin əhəmiyyətli olduğunu söyləyiblər.

Tədbirin yekununda bir qrup gəncə diplomlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR