Bakıda mənzildə 75 yaşlı qadın meyiti tapıldı

Bakıda mənzildə 75 yaşlı qadın meyiti tapıldı
SOSİAL
16:14 26.01.2017
749

Bakıda mənzildə 75 yaşlı qadının meyiti tapılıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Həsənova Nəsibə Əliyaqub qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:46-da başa çatıb.


OXŞAR XƏBƏRLƏR