Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun D.Bünyadzadə küçəsi ev 178 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Əjdər Alxas oğlu Rəhimovun evindən açıq pəncərədən keçməklə 20 min manat və 15 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.