Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlandı

SOSİAL
12:13 25.03.2016
2130
Bakıda yaşayış evindən oğurluq edilib.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar.

OXŞAR XƏBƏRLƏR